Müğənni Sevda Yahyayeva ailə quracağı həkim Zakir Bayramov barədə danışıb.
Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sevdiyi şəxslə İnternetdə tanış olub:
“Hər şey o iki mesajdan başladı. Onun mesajlarını bəyəndim. Daha sonra münasibətimiz yarandı. O, mənə sənətdən get desə, sənətdən gedəcəm. Amma o mənim yaradıcılığımı dəstəkləyir. Bu sənətdən getməyimi istəmir. Bu ay nişan, yayda toyumuz olacaq”.
Xatırladaq ki, Sevdanın ailə quracağı şəxs Zakir Bayramov Leyla Medical Centerdə (Leyla Şıxlinskaya Klinikası) genetik-laborant çalışır.
Qeyd edək ki, açıqlamanın tam hissəsinə aşağıdakı linkdə baxa bilərsiniz: